ABŞ Senatında Riçard Morninqstarın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyinin müzakirəsi bu gün davam etdiriləcək

ABŞ Senatında Riçard Morninqstarın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyinin müzakirəsi bu gün davam etdiriləcək
# 19 iyun 2012 07:32 (UTC +04:00)
APA-nın xəbərinə görə, Con Kerrinin sədrlik etdiyi komitə iclasında ümumilikdə müxtəlif ölkələrə səfir vəzifəsinə namizəd göstərilən 12 diplomatın məsələsinə baxılacaq. Hər namizəd üçün ayrılıqda səsvermə keçiriləcəyi gözlənilir.

Xatırladaq ki, R. Morninqstarın namizədliyi iyunun 13-də komitədə müzakirəyə çıxarılıb. İclasdan sonra prosedura uyğun olaraq namizədə yeni sualların çıxa biləcəyi ehtimalı ilə əlaqədar 48 saatlıq fasilə elan olunub.

Qeyd edək ki, R. Morninqstar 2009-cu ilin aprelindən ABŞ Dövlət Departamentinin Avrasiyada enerji məsələləri üzrə xüsusi nümayəndəsidir. Bu il aprelin sonunda prezident Barak Obama Azərbaycandakı səfir vəzifəsinə onun namizədliyini irəli sürüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR