Dələduzluqda təqsirləndirilən Türkiyə və Azərbaycan vətəndaşlarına hökm oxunub - YENİLƏNİB

Dələduzluqda təqsirləndirilən Türkiyə və Azərbaycan vətəndaşlarına hökm oxunub - <span style="color: red;">YENİLƏNİB
# 22 sentyabr 2015 13:50 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Türkiyə vətəndaşı ilə yanaşı, Azərbaycan vətəndaşı Nigar Abdullayevaya da hökm oxunub.

Hökmə əsasən, N. Abdullayeva 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına görə, N. Abdullayeva və Türkiyə vətəndaşı Ramazan Kocakaya işə düzəltmək adı ilə vətəndaşların pulunu mənimsəyiblər.

Onların hər ikisi Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham olunur.

***

saat 14.06

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Türkiyə vətəndaşı Ramazan Kocakayanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmünə əsasən R. Kocakaya 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ramazan Kocakaya Cinayət Məcəlləsinin 178.3.2 ( Külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR