Bakıda intihara cəhdin qarşısı alınıb

Bakıda intihara cəhdin qarşısı alınıb
# 02 oktyabr 2015 14:36 (UTC +04:00)

Bakı-APA. Bakıda intihara cəhd edilib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər binanın damına çıxaraq intihar etmək niyyətini nümayiş etdirib.

Dərhal FHN-in xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər təhlükəsizlik tədbirləri görüb və intihar cəhdinin qarşısı alınıb, həmin şəxs araq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 15:00-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR