SOCAR qaz hasilatını 12%-ə yaxın azaldıb

SOCAR qaz hasilatını 12%-ə yaxın azaldıb
# 22 sentyabr 2016 16:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin avqust ayında SOCAR tərəfindən 531,7 min kubmetr qaz hasil edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 11,88% azdır.

"APA-Economics" SOCAR-ın açıqladığı statistik rəqəmlərə istinadən xəbər verir ki, bu ilin iyul ayı ilə müqayisədə isə SOCAR-ın iyul ayında qaz hasilatını 0,15% artıb.

Bu ilin yanvar-avqust aylarında Dövlət Neft Şirkəti tərəfindən həyata keçirilən təbii qaz hasilatı 4 224,7 min kubmetrə bərabər olub ki, bu da 2015-ci ilin səkkiz ayı ilə müqayisədə 7,77% azdır.

Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 543,1 min, fevral ayında 504,4 min, mart ayında isə 547,8 min, aprel ayında 519,2 min, mayda 535,6 çin, iyun ayında 512 min, iyul ayında isə 530,9 min kubmetr təbii qaz hasil edilib.


Bu ilin avqust ayında bütün ölkə üzrə 2 496 min kubmetr qaz hasil edilib ki, bu da 2015-ci ilin eyni ayı ilə müqayisədə 35,34% çoxdur. Bu ilin iyul ayı ilə müqayisədə isə bu rəqəm 1,47% azdır.

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 19 976,9 min kubmetr təbii qaz hasil olunub ki, bu da 2015-ci ilin səkkiz ayı ilə müqayisədə 5,19% azdır.

Qeyd edək ki, bu ilin yanvar ayında ölkə üzrə 2 520 min, fevral ayında 2 368 min, mart ayında 2 583 min, aprel ayında isə 2 474,9 min kubmetr, mayda 2 520,1, iyun ayında 2 472 min, iyul ayında isə 2 496 min kubmetr təbii qaz hasil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR