Ukrayna Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar tətbiq etməyə hazırlaşır

Ukrayna Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar tətbiq etməyə hazırlaşır
# 23 dekabr 2015 11:25 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Ukrayna Nazirlər Kabineti Rusiyaya qarşı növbəti iqtisadi sanksiyaların tətbiqinə icazə almaq üçün Ali Radaya müraciət edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, müraciət Rusiyanın Ukrayna ilə münasibətlərdə yeni ticarət rejimi tətbiq etməsi və ərzaq embarqosu ilə əlaqədardır.

Xatırladaq ki, Avropa İttifaqı ilə Ukrayna arasında assosiativ sazişin iqtisadi hissəsinin 2016-cı il yanvarın 1-dən qüvvəyə minməsi ilə əlaqədar Rusiyanın narahatlıqlarını aradan qaldırmaq üçün bir müddətdir Moskva ilə aparılan danışıqlar nəticəsiz başa çatıb. Rusiya yanvarı 1-dən Ukraynaya qarşı güzəştsiz ticarət rejimi və ərzaq embarqosu tətbiq etmək barədə qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR