Çində zavodda partlatyış baş verib, ölən və xəsarət alanlar var

Çində zavodda partlatyış baş verib, ölən və xəsarət alanlar var
# 19 sentyabr 2016 03:07 (UTC +04:00)

Bakı-APA. Çində sement zavodunda baş verən partlayış nəticəsində 6 fəhlə ölüb, 8-i xəsarət alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Tsinhay əyalətində “Qinghai Salt Lake Haina Chemical Company” şirkətinə məxsus müəssisədə qeydə alınıb.

İlkin versiyaya əsasən, zavodda toz yığan qurğu partlayıb. Partlayış zamanı qurğunun yaxınlığında 26 fəhlənin olduğu bildirilir.

Hadisənin başvermə səbəbi məlum deyil. İnsidentlə bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR