Kürdəmir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Kürdəmir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 22 sentyabr 2015 10:20 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 21-də saat 21.00 radələrində Kürdəmir rayonunun Atakişili kəndində Kəlbəcər rayon sakini Mübariz Şirinovun idarə etdiyi “VAZ-21074” və Yevlax rayon sakini Elnur Cəfərovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə M.Şirinov hadisə yerində ölüb.

 
Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR