Beynəlxalq Sığorta Şirkətinin rəhbərliyində təmsil olunan bir neçə şəxs işdən çıxıb - YENİLƏNİB

Beynəlxalq Sığorta Şirkətinin rəhbərliyində təmsil olunan bir neçə şəxs işdən çıxıb - <span style="color: red;">YENİLƏNİB
# 13 iyun 2016 14:44 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Beynəlxalq Sığorta Şirkətinin İdarə Heyətinin sədr müavini İlham Ağayev şirkətdə aparılan kadr və struktur dəyişikliklərinə münasibət bildirib.

İ. Ağayev "APA-Economics"ə açıqlamasında qeyd edib ki, baş verən dəyişikliklər xərclərin optimallaşdırılması məqsədilə həyata keçirilib və bununla bağlı qərar təsisçi (Azərbaycan Beynəlxalq Bankı - red.) tərəfindən verilib.

"Hal-hazırda şirkətin İdarə Heyətində 3 nəfər təmsil olunur - Məmməd Məmmədov və onun iki müavini: mən və Rahim Zəkiyev. Kadr və struktur dəyişiklikləri departament və filiallara da şamil olunub", - deyə sədr müavini qeyd edib.


SAAT 15:45

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Beynəlxalq Sığorta Şirkətinin rəhbərliyində ciddi dəyişiklik baş verib.

"APA-Economics" şirkətin saytına istinadən xəbər verir ki, İdarə Heyəti sədrinin I müavini Nərmin Muradova işdən çıxıb.


Hal-hazırda onun yerinə təyinat yoxdur.

Digər dəyişikliyə gəlincə, İdarə Heyətinin üzvləri Qoşqar Şəkərəliyev və Məmməd Həmidov, o cümlədən, Təftiş Komissiyasının üzvləri Qeysər Səfərəliyeva və Elxan Abbasov da işdən çıxıb.

Şirkətdən məsələyə münasibət bildirilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR