bashliq

bashliq
# 19 noyabr 2015 11:22 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) ötən gün nəticələri rəsmi elan etdikdən sonra YAP-ın namizədi kimi 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən yenidən deputat seçilən Ağacan Abıyev APA-ya bildirib ki, o namizədliyini verən zaman belə bir ərizə təqdim etməyib və belə bir şərti olmayıb.

A. Əbiyev bildirib ki, buna baxmayaraq Konstitusiya Məhkəməsinin də qərarından sonra mandata sahib olan zaman partiya rəhbərliyi bu haqda nə qərar versə, o addımı da atacaq: “Mən YAP –ın dəstəyi ilə seçilmişəm, partiya hansı qərarı versə ona da uyğun hərəkət edəcəm, ya qalıb işləyəcəyəm rektor kimi, ya da istefa verəcəyəm. Bu partiya rəhbərliyinin qərarından asılıdır”.

36 saylı Xətai Dördüncü Seçki Dairəsindən YAP namizədi kimi deputat seçilən Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov APA-ya bildirib ki, o bu barədə qərarını Konstitusiya Məhkəməsinin qərarından sonra açıqlayacaq.

Seçki öncəsi seçiləcəyi təqdirdə rektorluqdan imtina edəcəyini açıqlayan 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsindən yenidən deputat seçilən Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyev də APA-ya bildirib ki, qərarının üstündədir və Konstitusiya Məhkəməsinin qərarından sonra rektor vəzifəsindən imtina edəcək: “Onsuzda iki işi görmək mənə çətindir və verdiyim qərarın üstündəyəm”.

YAP-dan növbəti dəfə deputat seçilən digər namizədlər Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı və Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov isə münasibət bildirməkdən imtina ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR