Gürcüstanda yeni aviaşirkət yaradılıb

Gürcüstanda yeni aviaşirkət yaradılıb
# 27 fevral 2016 11:55 (UTC +04:00)

Bakı - APA-Economics. Gürcüstanda biznes-aviasiya sahəsində fəaliyyət göstərən yeni aviaşirkət yaradılıb. "APA-Economics" xəbər verir ki, "Air Georgia" adlanan şirkət Tbilisi beynəlxalq aeroportunda yerləşəcək.

Aviadaşıyıcı müştərilərinə altı yerlik biznes-jetlər təqdim edəcək. Şirkət martın 1-dən Avropa və Asiya ölkələrinə uçuşlar yerinə yetirmək niyyətindədir.

Şirkətin təqdim etdiyi xidmətlər paketinə aeroporta yola salmaq, qarşılanma və VİP xidmətlər daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR