Xəzərdə itkin düşən balıqçılardan sonuncusunun da meyiti tapılıb - VİDEO

Xəzərdə itkin düşən balıqçılardan sonuncusunun da meyiti tapılıb - <span style="color: red;">VİDEO
# 13 noyabr 2015 09:10 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Xəzər dənizinin Xaçmaz sahilində itkin düşən 3 balıqçıdan sonuncusunun da meyiti tapılıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, balıqçı Laçın Laçınovun meyiti dənizin Niyazabad kəndi sahilində aşkarlanıb.

Qeyd edək ki, noyabrın 4-də Xəzər dənizinin Xaçmaz sahilində içərisində 3 nəfərin olduğu balıqçı qayığı ilə əlaqə kəsilmişdi. Onların axtarışına Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin xilasediciləri, helikopteri cəlb olunmuşdu.

Bir gün sonra balıqçılardan birinin - Tikanoba kənd sakini Həmzə Nurəddinovun meyiti sahildən 500 metr içəridə tapılıb. Meyit Xəzər dənizinin Xaçmaz rayonunun Çayqaraqaşlı kəndi istiqamətində aşkarlanıb.

Noyabr ayının 12-də isə balıqçı İlqar Daşdəmirovun meyiti dənizin Niyazabad kəndi sahilində tapılaraq ailəsinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR