Tranzit yükdaşıma xidmətləri ilə bağlı tariflərin müəyyən edilməsi üzrə qaydalar hökumətə təqdim edilib

Tranzit yükdaşıma xidmətləri ilə bağlı tariflərin müəyyən edilməsi üzrə qaydalar hökumətə təqdim edilib
# 09 mart 2016 13:29 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən "Tranzit yükdaşıma xidmətləri ilə bağlı tariflərin və həmin tariflər üzrə güzəştlərin müəyyən edilməsi üzrə Qaydalar"ın layihəsi hazırlanıb və hökumətə təqdim edilib.

"APA-Economics" xəbər verir ki, bu barədə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının internet səhifəsinin təqdimatına həsr olunmuş tədbirdə bildirilib.

Daşımalar üzrə vahid prinsip və şərtləri müəyyənləşdirən bu qaydalar dəhliz boyu şəffaflığı və əlverişli daşıma imkanlarını təmin edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR