Putin: “Neft hasilatının azaldılması dünya iqtisadiyyatının dayanıqlı inkişafı üçün yeganə yoldur”

Putin: “Neft hasilatının azaldılması dünya iqtisadiyyatının dayanıqlı inkişafı üçün yeganə yoldur”
# 10 oktyabr 2016 14:56 (UTC +04:00)

Bakı – APA. “Neft hasilatının azaldılması dünya iqtisadiyyatının dayanıqlı inkişafı üçün yeganə yoldur”.

APA-nın məlumatına görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin İstanbulda 23-cü Dünya Enerji Konqresində çıxışı zamanı deyib. O bildirib ki, Rusiya OPEC-in neftin hasilatını azaltmaqla bağlı təklifinə qoşulmağa hazırdır: “Mən digər neft ixrac edən ölkələri də bu təklifə qoşulmağa dəvət edirəm. Biz OPEC-in neft ixracı ilə bağlı limitin müəyyənləşməsi barədə qərarını dəstəkləyirik və ümid edirik ki, noyabrdakı görüş zamanı bu qərarın icrasına başlanacaq”.

V. Putin Türkiyədə baş vermiş hərbi çevriliş cəhdinə də toxunub: "Bilirik ki, bu yaxınlarda Türkiyədə dövlət çevrilişinə cəhd baş verdi. Biz bu prosesləri ciddi həyəcanla izlədik. Türkiyə xalqını və prezidentini təbrik etmək istəyirəm ki, hadisəni nəzarət altına aldı. Türkiyə artıq bərpa olunur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR