Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə əlaqədar protokol imzalanıb

Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə əlaqədar protokol imzalanıb
# 01 aprel 2017 12:17 (UTC +04:00)

Bu gün Bakıda keçirilən “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin İdarə Heyətinin və eyni zamanda təşkilatın ümumi yığıncağında bir sıra normativ sənədlər təsdiqlənib.

APA-Economics”in məlumatına görə, yığıncaqda Beynəlxalq Assosiasiyanın Hüquqi Şəxslər Birliyinin Nizamnaməsi, İdarə Heyətinin yeni tərkibi və 2017-ci il üçün “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının Tədbirlər Planı təsdiq edilib.

Tədbirin sonunda Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə əlaqədar protokol imzalanıb.

Qeyd edək ki, yığıncaqda mövcud vəziyyət, dəhlizin inkişaf istiqamətləri və perspektivləri, onun potensialından tam istifadə edilməsi üçün görüləsi zəruri işlər, marşruta yeni yüklərin cəlb edilməsi imkanları müzakirə olunub.

Xatırladaq ki, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu (BTNM) Çin-Qazaxıstan sərhədindən başlayaraq, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçməklə Avropa ölkələrinə qədər uzanır. BTNM tərəfindən bütün marşrut boyu vahid keçid tarifi təyin olunub, “bir pəncərə” prinsipi tətbiq edilib və bu layihə çərçivəsində konteyner qatarları müvəffəqiyyətlə marşrut üzərindən daşınır. Qeyd edək ki, konteynerlərin Çindən Avropaya ənənəvi okean yolu ilə göndərilməsi üçün 45-60 gün tələb olunursa, Azərbaycan üzərindən keçən BTNM marşrutu ilə bu müddət təqribən 3 dəfə azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR