BTC ilə Azərbaycan neftinin nəqli 8% azalıb

BTC ilə Azərbaycan neftinin nəqli 8% azalıb
# 05 oktyabr 2017 10:48 (UTC +04:00)

Bu ilin sentyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 mln. 264 min 511 ton Azərbaycan nefti nəql olunub ki, bu da ötən ilin sentyabr ayı ilə müqayisədə 10,15% çoxdur.

"APA-Economics" SOCAR-ın açıqladığı statistikaya istinadən xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında bu kəmərlə 20 mln. 326 min 791 ton neft ötürülüb. Bu, ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 7,79% azdır

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il oktyabr ayının 1-ə qədər BTC-yə 341 mln. 864 min 853 ton neft vurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR