Azərbaycan müdafiə nazirinin Qırğızıstana rəsmi səfəri başlayıb - FOTOSESSİYA

Azərbaycan müdafiə nazirinin Qırğızıstana rəsmi səfəri başlayıb - <span style="color: red;">FOTOSESSİYA
# 01 iyun 2015 08:31 (UTC +04:00)

Bakı – APA. Qırğızıstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 1-də Bişkək şəhərindəki Qələbə meydanında yerləşən Əbədi məşəl abidə kompleksini ziyarət edərək əklil qoyub. APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, sonra Qırğızıstanın müdafiə naziri Abibilla Kudayberdiyev tərəfindən general-polkovnik Z. Həsənovun rəsmi qarşılanma mərasimi keçirilib.

Nümayəndə heyətlərinin iştirak etdiyi görüşdə ölkələr arasında aparılan danışıqların və keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb, hərbi sahədə əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi və kadr hazırlığı məsələlərinə xüsusi diqqət yetirilib.


Daha sonra Müdafiə Nazirliyinin nümayəndə heyəti Koy-Taş şəhərində yerləşən Qırğızıstan Silahlı Qüvvələrinin Döyüş Hazırlığı Mərkəzində olub. Mərkəzin tarixi, fəaliyyəti və strukturu haqqında qonaqlara brifinq verilib.


Səfər iyunun 2-dək davam edəcək.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR