Suriyanın hərbi təyyarəsi koalisiya qüvvələri tərəfindən vurulub

Suriyanın hərbi təyyarəsi koalisiya qüvvələri tərəfindən vurulub
# 18 iyun 2017 22:29 (UTC +04:00)

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyaya məxsus hərbi təyyarəni vurub.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya ordusunun bəyanatında bildirilir.

Məlumata əsasən, insident Tabka şəhəri yaxınlığında baş verib. Pilotun taleyi naməlum olaraq qalır. Koalisiya qərargahı Suriya qırıcısının vurulduğunu təsdiqləyib. Bildirilib ki, "Su-22" təyyarəsi “Suriya demokratik qüvvələri”nin (SDF) mövqelərinə zərbə endirərkən ABŞ-ın “F/A-18E Super Hornet" qırıcısı tərəfindən vurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR