Azərbaycanda daha 177 dövlət əmlakı özəlləşdirilməyə çıxarılır

Azərbaycanda daha 177 dövlət əmlakı özəlləşdirilməyə çıxarılır
# 05 iyun 2018 11:09 (UTC +04:00)

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən bu gün dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirilib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, hərracda Bakı, Qəbələ, Xaçmaz və digər bölgələrdə yerləşən müxtəlif müəssisə və obyektlər investorlar tərəfindən özəlləşdirilib.

Qeyd edək ki, ƏMDK tərəfindən növbəti hərrac 12 iyun tarixində keçiriləcək. Bu hərracda özəlləşdirilməyə müxtəlif sahələrə aid 177 dövlət əmlakı çıxarılıb. Bunlardan 18-i səhmdar cəmiyyətləri, 96-sı kiçik dövlət müəssisə və obyekti, 58-i istifadəsiz qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR