Azərbaycanda quraşdırılan bankomatların sayında azalma müşahidə olunur

Azərbaycanda quraşdırılan bankomatların sayında azalma müşahidə olunur
# 07 sentyabr 2015 13:13 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanda 2015-ci il avqustun 1-nə 2 685 ədəd bankomat quraşdırılıb.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu, iyun ayı ilə müqayisədə 18 ədəd və ya 0,7% azdır, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 192 ədəd və ya 7,7% çoxdur.

Cari ilin avqustun 1-nə bankomatların 1 1507-si (keçən ilə nəzərən 7,72% artımla) Bakı şəhərində, 1 178-i (keçən ilə nəzərən 7,68% artımla) isə digər şəhər və rayonlarda yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR