Sumqayıtda yaşayış binasında baş verən partlayış zamanı xəsarət alanların adları məlum olub - VİDEO

Sumqayıtda yaşayış binasında baş verən partlayış zamanı xəsarət alanların adları məlum olub - <span style="color: red;">VİDEO
# 10 iyul 2015 09:51 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Sumqayıtda yaşayış binasında baş verən partlayış zamanı xəsarət alan 4 nəfər Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Respublika Yanıq Mərkəzindən APA-ya verilən məlumata görə, bunlar 1963-cü il təvəllüdlü Svetlana Əyyub qızı Qədəşova, 2006-cı il təvəllüdlü Zaur Cavid oğlu Bazurov, 2007-ci il təvəllüdlü Valdimir Əyyub oğlu Bazurov və 1986-ci təvəllüdlü Kristina Bazurovadır.

Hadisə nəticəsində yüngün xəsarətlər alan Əkrəm Pənahəliyevin isə xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.

Qeyd edək ki, hadisə bu gün rayonun Sülh küçəsi 34-cü məhəllədə qeydə alınıb.

Partlayış həmin ünvanda yerləşən dördmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR