Goranboyda avtomobillə motoroller toqquşub, xəsarət alanlar var

Goranboyda avtomobillə motoroller toqquşub, xəsarət alanlar var
# 13 aprel 2018 19:36 (UTC +04:00)

Goranboyda xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Qızılhacılı-Goran avtomobil yolunun Məşədiqaralar kəndi ərazisindən keçən hissəsində baş verib.

Cəfərov Vüqarın idarə etdiyi "Nissan" avtomobili motorollerlə toqquşub. Qəza nəticəsində motorollerdə olan 1996-cı il təvəllüdlü Əliyev Əfqan və 1990-cı il təvəllüdlü Mehdiyeva Lalə bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR