Bakıda Astananın turistik potensialına dair təqdimat keçirilib

Bakıda Astananın turistik potensialına dair təqdimat keçirilib
# 15 avqust 2017 09:59 (UTC +04:00)

Bakıda Astananın turistik potensialına dair təqdimat keçirilib.

APA-nın məlumatına görə, əvvəlcə Astananın turistik məkanları və Astana Expo-2017-nin açılışı ilə bağlı videoçarx nümayiş olunub.

Qazaxıstanın Azərbaycandakı səfirliyinin konsulu Nurbek Almaşov Astananın gənc, dinamik inkişaf edən və ultra modern şəhər olduğunu deyib. O, Azərbaycanla Qazaxıstanın qardaş ölkələr olduğunu qeyd edərək, ölkəsində Şərq, Qərb memarlıq nümunələrinin harmoniya təşkil etdiyini əlavə edib.


Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Leyla Verdiyeva isə bildirib ki, Qazaxıstan Azərbaycan üçün əsas turizm bazarlarından biridir. Onun sözlərinə görə, Azərbaycan hər il təxminən 30 min qazax turist qəbul edir: "Ümid edirik ki, bu rəqəm qarşılıqlı olaraq hər il artacaq. Azərbaycan hər zaman Qazaxıstanda müxtəlif turistik tədbir və sərgilərdə təmsil olunur".

Sonda Astana Konvensn Büro tərəfindən Astananın turistik bölgələrinə dair təqdimat keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR