Gədəbəy sakini Şəmkirdə bıçaqlanıb

Gədəbəy sakini Şəmkirdə bıçaqlanıb
# 18 aprel 2017 07:08 (UTC +04:00)

Şəmkirdə bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gədəbəy rayon Böyük Qaramurad kənd sakini, 1986-cı il təvəllüdlü Cəfərov Ayaz Mübariz oğlu qarnın kəsilmiş-deşilmiş xəsarəti ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

A. Cəfərovun deməsinə görə, o, gecə saatlarında tanımadığı şəxs tərəfindən Şəmkirdə kirayə qaldığı evin həyətində bıçaqlanıb.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR