Xətai rayonunda kəsici-deşici alətlərin satışının qarşısı alınıb

Xətai rayonunda kəsici-deşici alətlərin satışının qarşısı alınıb
# 03 may 2024 11:31 (UTC +04:00)

“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə soyuq silah hesab edilən kəsici-deşici alətlərin satışının qarşısı alınıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının ötən gün metronun “Əhmədli” və “Həzi Aslanov” stansiyalarınına yaxın ərazilərdə keçirdikləri tədbirlərlə 7 mağazadan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan ümumilikdə 147 kəsici-deşici alət aşkar olunaraq götürülüb.

Maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq ekspertiza təyin olunub, saxlanılan şəxslər barəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR