Ərdoğan ABŞ-ı “F-35”lərin tədarükündən imtinanın fəsadları ilə hədələyib

Ərdoğan ABŞ-ı “F-35”lərin tədarükündən imtinanın fəsadları ilə hədələyib
# 29 iyul 2018 04:48 (UTC +04:00)

Ankara ABŞ-ın “F-35” tipli yeni nəsil qırıcı təyyarələrini Türkiyəyə tədarük etməkdən imtina edəcəyi təqdirdə beynəlxalq arbitraja müraciət edəcək.

APA-nın xəbərinə görə, bu barədə “Haberturk” nəşri məlumat yayıb.

“İndidə nədənsə bizi hədələməyə başlayıblar. Orada nə baş verib ki, onlar “F-35”ləri tədarük edə bilməyəcəklər? Verməyəcəksinizsə, biz beynəlxalq arbitraja müraciət edəcəyik... Əgər iş o yerə çatacaqsa, bunun alternativləri də var”, - deyə Türkiyə lideri qeyd edib.

Qeyd edək ki, ABŞ Konqresi Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri satın almaq istəməsinə görə, Türkiyə Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulmuş 5-ci nəsil yeni “F-35” hərbi təyyarələrinin bu ölkəyə göndərilməsinə qadağa qoyan müddəanı hərbi büdcə barədə qanun layihəsinə daxil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR