İndoneziyada zəlzələ qurbanlarının sayı 12 nəfərə çatıb - YENİLƏNİB-2

İndoneziyada zəlzələ qurbanlarının sayı 12 nəfərə çatıb - <span style="color: red;">YENİLƏNİB-2
# 29 iyul 2018 10:03 (UTC +04:00)

İndoneziyanın Lombok adasında baş verən 6,4 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

APA-nın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, 40 nəfər xəsarət alıb.

Adanın şimalına elektrik enerjisinin verilişi də bərpa olunmayıb. İndoneziya hakimiyyəti turistlərin adadakı aktiv Rincani vulkanına qalxmasını da müvəqqəti qadağan edib.

***

saat 07.51

İndoneziyanın Lombok adasında 6,4 bal gücündə baş vermiş zəlzələ nəticəsində 10 nəfər ölüb. APA-nın xəbərinə görə, bu barədə “Channel NewsAsia” telekanalı yerli FHN-ə istinadən məlumat yayıb.

İnsanların ölümünün səbəbi və təbii fəlakətlə əlaqədar digər təfərrüatlar hələlik açıqlanmır. Zəlzələ nəticəsində 40-dan çox insanın xəsarət aldığı bildirilir.

*** 05.59

İndoneziyanın Lombok adasında 6,4 bal gücündə zəlzələ baş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar yerli vaxtla 06.47-də (Bakı vaxtı ilə 02.47) Rincani vulkanı və turistlər arasında populyar olan Bali adası yaxınlığında, Yer səthindən 7,5 km dərinlikdə qeydə alınıb.

Lombok adasında 3 mln.-dan çox əhali yaşayır.

Dağıntılar və insan ölümü barədə hələlik məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR