Patriarx Kirill: "Dini abidələrin dağıdılması bütün münaqişələr üçün təhlükəlidir"

Patriarx Kirill: "Dini abidələrin dağıdılması bütün münaqişələr üçün təhlükəlidir"
# 25 oktyabr 2017 14:07 (UTC +04:00)

"Dini abidələrin dağıdılması bütün münaqişələr üçün təhlükəlidir".

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bunu Moskva və Bütün Rusiyanın patriarxı Kirill Rusiya Dinlərarası Şurasının Rəyasət Heyətinin iclasında bildirib.

"Bir müddət əvvəl Ermənistan və Azərbaycanın dini liderləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının mümkünlüyünü müzakirə etmək üçün dəvətim əsasında Moskvaya gəlmişdilər. Biz bəyanat qəbul etdik. Həmin bəyanatda dini abidələrin qorunmasının və onlara hörmətlə yanaşılmasının vacibliyi qeyd olunub. Bizim tərəfimizdən bu prinsipial mövqe ortaya qoyuldu. Biz anlayırıq ki, müqəddəs abidələrə toxunanda, münaqişə yenidən alovlanır, qəddarlıq dərəcəsi kritik həddə çatır. Bu bəyanatı ona görə verdik ki, hər iki tərəfdən dini abidələrin dağıdılması ilə bağlı məlumatlar daxil olurdu. Ermənistan və Azərbaycanın dini liderləri özlərində güc taparaq bəyan etdilər ki, dini abidələr, binalar, dini adətlər təhqir oluna bilməz və olunmamalıdır. Çünki belə olan halda siyasi münaqişə dini hisslərin enerjisini oyadır. Bu isə bütün münaqişələr üçün çox təhlükəlidir", - deyə Patriarx Kirill vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR