Sabahdan Azərbaycanda ov mövsümü açılır

Sabahdan Azərbaycanda ov mövsümü açılır
# 25 may 2018 09:49 (UTC +04:00)

Mayın 26-dan Azərbaycan ərazisində 2018-2019-cu illərin ov mövsümü açılır.

APA-nın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova bildirib. O deyib ki, ölkə ərazisində 2018-2019-cu illər üzrə ov mövsümünün başlanması ilə əlaqədar vəhşi heyvanların və quşların ovlanmasının müddətləri və normaları, ov icazələrinin bölgüsü hazırlanıb.

İ. İbrahimova qeyd edib ki, qoruq ərazilərində ov etmək qadağandır: "Nazirlik tərəfindən qanun pozucularına qarşı sərt tədbirlər görüləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR