ABŞ-da universitetdə partlayış baş verib, yaralananlar var - YENİLƏNİB

ABŞ-da universitetdə partlayış baş verib, yaralananlar var - <span style="color: red;">YENİLƏNİB
# 29 iyun 2017 02:01 (UTC +04:00)

ABŞ-ın Mürrey şəhərində (Kentukki ştatı) “Murray State University” universitetində baş verən partlayış nəticəsində 2 nəfər xəsarət alıb.

APA-nın “Foxnews”-a istinadən verdiyi xəbərə görə, insident təhsil ocağının yataqxanasında baş verib.

Məlumata əsasən, bir nəfərə hadisə yerində tibbi yardım göstərilib, daha bir nəfər xəstəxanaya yerləşdirilib. İlkin versiyaya görə, partlayışa qaz sızması səbəb olub.

***

03:41

ABŞ-ın Mürrey şəhərində (Kentukki ştatı) “Murray State University” universitetində partlayış baş verib.

APA-nın məlumatına görə, bu barədə universitetin “Tvitter” səhifəsində bildirilir.

“Universitetin “Richmond” zalında partlayış oldu. Hadisə yerinə fövqəladə xidmətlərin əməkdaşları cəlb edilib”, məlumatda deyilir. Sakinlərə hadisə yerinə yaxınlaşmamaq barədə xəbərdarlıq edilib.

İnsidentin təfərrüatları barədə hələ ki, məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR