Azərbaycanda kommersiya banklarının xarici borclanması azalıb

Azərbaycanda kommersiya banklarının xarici borclanması azalıb
# 01 avqust 2018 14:40 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 4 mlrd. 976,5 mln. manat və ya 3,7 dəfə azalaraq 2018-ci ilin iyul ayının 1-nə 1 823,9 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, ötən ay ilə müqayisədə bu ilin iyunda bankların xarici borclanması 39,9 mln. manat və ya 2,1% azalıb.

Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2018-ci ilin iyulun 1-nə 5 mlrd. 848,1 mln. manat təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 mlrd. 877,7 mln. manat və ya 47,29% çoxdur. Məcmu xarici aktivlərin həcmində ötən ayla müqayisədə bu ilin iyununda 320 mln. manat və ya 5,79%-lik artım baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR