Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 119 nəfərə çatıb

Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 119 nəfərə çatıb
# 27 iyul 2017 02:51 (UTC +04:00)

Hindistanın şimal-şərq və qərb regionlarında daşqınlar nəticəsində ölənlərin sayı 119 nəfərə çatıb.

APA-nın “Deutsche Welle”-yə istinadən verdiyi xəbərə görə, ən ağır vəziyyət Qucarat ştatında yaranıb.

Burada leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 25 nəfər həyatını itirib, 36 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Regionda xilasetmə əməliyyatı davam edir. Əhali qayıq və helikopterlər vasitəsilə təbii fəlakət zonasından çıxarılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR