İŞİD silahlıları Samarra şəhərinə hücum ediblər

İŞİD silahlıları Samarra şəhərinə hücum ediblər
# 30 noyabr 2016 01:29 (UTC +04:00)

İŞİD silahlıları İraqın Samarra şəhərinə daxil olaraq nəzarət-buraxılış məntəqələrdən birində hərbçilərə hücum ediblər.

APA-nın “Əl Sumariya” telekanalına istinadən verdiyi xəbərə görə, şiddətli döyüş nəticəsində xeyli sayda ölən və yaralananlar var.

Məlumata görə, şəhərə əlavə qüvvələr yeridilib, komendant saatı elan edilib.

Samarra şəhəri paytaxt Bağdaddan 120 km şimalda, İŞİD-in nəzarətində olan Səlahəddin əyalətində yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR