Bakı, Sumqayıt, Gəncə və Abşeronda I sinfə qəbul üçün 57 minə yaxın sorğu yerləşdirilib

Bakı, Sumqayıt, Gəncə və Abşeronda I sinfə qəbul üçün 57 minə yaxın sorğu yerləşdirilib
# 23 may 2018 13:11 (UTC +04:00)

"Bu günə olan məlumata əsasən, 2018-2019-cu tədris ilində Bakı, Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonunun ümumi təhsil müəssisələrinin I sinfinə qəbul üçün 57 minə yaxın sorğu yerləşdirilib".

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

O bildirib ki, Abşeron rayonu üzrə 5589, Gəncə şəhəri üzrə 3752, Sumqayıt şəhəri üzrə 5227 nəfərin sorğusu qeydə alınıb: "Bu bölgələr üzrə I sinfə gedəcək şagirdlərin sayının 17 873 nəfər olacağı proqnozlaşdırılır".

Sektor müdiri qeyd edib ki, mektebeqebul.edu.azvasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 41 701 sorğu yerləşdirilib: "Onlardan 38263-ü ümumi təhsil məktəblərini, 3438-i isə lisey və gimnaziyaları seçib".

Xatırladaq ki, I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin www.mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir.

Məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilib.

Bakı, Sumqayıt, Gəncə və Abşeron üzrə ərizələrin onlayn qeydiyyatı 15 sentyabradək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR