ATƏT PA-nın ermənilərin dinc sakinləri qətlə yetirməsinə münasibət bildirməsi gözlənilir

ATƏT PA-nın ermənilərin dinc sakinləri qətlə yetirməsinə münasibət bildirməsi gözlənilir
# 05 iyul 2017 10:41 (UTC +04:00)

Minsk şəhərində ATƏT Parlament Assambleyasının növbəti sessiyası keçirilir.

APA-nın xəbərinə görə, toplantını “Facebook” vasitəsilə canlı izləyən azərbaycanlı sosial şəbəkə istifadəçiləri iyulun 4-də Ermənistan hərbçiləri tərəfindən Füzulinin Alxanlı kəndinin dinc sakinlərinə qarşı törədilmiş hərbi cinayətə münasibət bildirilməsini tələb edən şərhlər, faciə qurbanlarının şəkillərini paylaşırlar. Artıq şərhlərin sayı 100-dən çoxdur. Azərbaycanlı “Tvitter” istifadəçiləri də bu prosesə qoşularaq fikirlərini bölüşür və beynəlxalq ictimaiyyətdən bu məsələyə kəskin mövqe bildirilməsini tələb edirlər. Müraciətlər daha çox BMT, Avropa Şurası, Avropa İttifaqı, ATƏT-in rəhbər qurumlarına, habelə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk Qrupunun “Twitter” hesablarına həştəqlərlə (stopArmenia, Armenianagression, Armeniaischildkiller, Armeniastopkillingchildren və s.) göndərilir. Həştəqlər həmçinin xarici və beynəlxalq hüquq-müdafiə təşkilatlarına, aparıcı mətbuat qurumlarına ünvanlanır.

Sessiyada iştirak edən Azərbaycan nümayəndələrinin məsələ ilə bağlı çıxışı gözlənilir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR