Azərbaycan prezidenti Almaniya Bundestaqının fraksiya sədrinin müavinini qəbul edib

Azərbaycan prezidenti Almaniya Bundestaqının fraksiya sədrinin müavinini qəbul edib
# 16 sentyabr 2014 11:31 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Almaniya Bundestaqının Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı fraksiyasının sədr müavini, deputat Andreas Şokenhofu qəbul edib.

APA – nın məlumatına görə, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı müzakirə olunub.

Söhbət zamanı həmçinin Azərbaycanla Avropa İttifaqının əməkdaşlığına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR