Rusiya və Almaniya liderləri Ukrayna böhranını müzakirə ediblər

Rusiya və Almaniya liderləri Ukrayna böhranını müzakirə ediblər
# 16 avqust 2014 11:51 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel Ukraynada ağırlaşan humanitar vəziyyəti telefon söhbəti zamanı müzakirə ediblər.

APA-nın “kremlin.ru” saytına istinadən verdiyi xəbərə görə, hər iki lider kəskinləşən vəziyyətdən narahat olduqlarını bildiriblər.

V. Putin A. Merkelə ölkəsinin göndərdiyi humanitar yardımın Beynəlxalq Qızıl Xaç Komitəsi ilə sıx əməkdaşlıq şəraitində Ukraynanın daxili hərbi münaqişə gedən zonasında mülki əhali arasında paylandığı barədə məlumat verib.

Tərəflər Ukrayna böhranının həlli istiqamətində beynəlxalq yardım formalarını da müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR