Bank Of Baku

Almaniya Kansleri Azərbaycandan daha çox qaz tədarük etmək üçün yaradılan şəraitə görə Prezidentə təşəkkür edib

Almaniya Kansleri Fridrix Merts

© APA | Almaniya Kansleri Fridrix Merts

# 21 iyul 2026 16:06 (UTC +04:00)

"Biz Rusiyadan 4 il yarımdır qaz almırıq və yeni müqavilələr imzalamırıq”.

APA-nın Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts Prezident İlham Əliyevlə birgə mətbuat konfransında deyib.

Almaniya Kansleri bildirib ki, burada Azərbaycan bizim üçün mühüm rol oynayır: “Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm ki, bizə Azərbaycandan daha çox qaz tədarük etmək üçün şərait yaradır. Qarşıdakı illərdə, xüsusilə enerji təchizatı sahəsində əməkdaşlığımızı daha da intensivləşdirməyə çalışmaq istəyirik. Almaniya olaraq idxalımızı, xüsusilə də təbii qaz idxalını şaxələndirməkdə böyük maraqlıyıq. Açılış çıxışımda da bunu qeyd etdim. Azərbaycan regionda enerji profisitinə malik azsaylı ölkələrdən biridir, yəni istehlak etdiyindən daha çox enerji istehsal edir. Bu baxımdan, Almaniyanın enerji təchizatının təmin olunması məsələsində Azərbaycan bizim üçün maraqlı tərəfdaş ölkədir. Bu, xüsusilə Almaniyanın cənub bölgələrinə aiddir, çünki infrastruktur həmin ərazilərə qədər artıq mövcuddur və ya genişləndirilə bilər. Buna görə də bu, çox maraqlı müzakirə oldu və Azərbaycan ilə Almaniya arasında əməkdaşlıq üçün yeni perspektivlər açıldı".

Merts əlavə edib ki, Prezident İlham Əliyevlə görüşdə Azərbaycandan Almaniyaya qaz tədarükünün artırılması müzakirə olunub:

“Əlbəttə ki, yeni təchizat mənbələri axtarırıq. Bu baxımdan Azərbaycan bizim üçün mühüm rol oynayır. Bu, iqtisadi baxımdan bizim üçün maraqlı perspektivdir. Biz digər təchizat mənbələrini də araşdırmış və istifadəyə vermişik. Bu məsələ birgə razılaşmamızın da tərkib hissəsidir və Azərbaycanla gələcək danışıqlarımızın əsas mövzularından biri olaraq qalacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR