Azərbaycan Prezidenti: Seçkilərdən sonra ilk rəsmi səfərimi Türkiyəyə həyata keçirməyim müttəfiqliyimizin bariz göstəricisidir

Azərbaycan Prezidenti: Seçkilərdən sonra ilk rəsmi səfərimi Türkiyəyə həyata keçirməyim müttəfiqliyimizin bariz göstəricisidir
# 25 fevral 2024 09:17 (UTC +04:00)

Seçkilərdən sonra ənənəyə sadiq qalaraq ilk rəsmi səfərimi dəvətiniz əsasında məhz qardaş Türkiyəyə həyata keçirməyim birliyimizin və müttəfiqliyimizin bariz göstəricisidir.

APA-nın xəbərinə görə, Prezident İlham Əliyev bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ad günü münasibətilə ünvanladığı təbrikdə bildirib.

“Bu dəvətə və səfərim zamanı mənə və nümayəndə heyətinə göstərdiyiniz yüksək diqqət və qonaqpərvərliyə görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Sizinlə səmimiyyət, qarşılıqlı anlaşma şəraitində keçən görüşümüzü, ikitərəfli münasibətlərin geniş spektri və əməkdaşlığımızın perspektivləri ətrafında apardığımız ətraflı fikir mübadiləsini yüksək qiymətləndirirəm.

Əminəm ki, ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən, xalqlarımızın qardaşlığından və birliyindən güc alan dünyada bənzəri olmayan münasibətlərimiz bundan sonra da birgə səylərimizlə “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq inkişaf edəcək və möhkəmlənəcək”, - deyə dövlət başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR