Bank Of Baku

Bakı–Daşkənd xəttində yüksək səviyyəli təmaslar intensivləşir

Bakı–Daşkənd xəttində yüksək səviyyəli təmaslar intensivləşir
# 23 avqust 2026 13:14 (UTC +04:00)

Azərbaycan və Özbəkistan arasında müttəfiqlik münasibətlərinin dərinləşməsi son illərdə qarşılıqlı səfərlərin və institusional əməkdaşlığın intensivləşməsi ilə müşayiət olunur.

APA xəbər verir ki, son 5 ildə Prezident İlham Əliyev Özbəkistana 2 dövlət və 4 işgüzar səfər, Prezident Şavkat Mirziyoyev isə Azərbaycana 2 dövlət və 7 işgüzar səfər edib.

İki ölkə arasında münasibətlərin əsas siyasi mexanizmlərindən biri 2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şuradır. Şuranın ilk iclası 2024-cü ildə Daşkənddə, ikinci iclası 2025-ci ildə Bakıda keçirilib. Növbəti — III iclasın keçirilməsi nəzərdə tutulur.

Əməkdaşlıq regionlar səviyyəsində də genişlənir. Azərbaycan–Özbəkistan Regionlararası Forumları 2023-cü ildə Daşkənddə, 2024-cü ildə Qubada, 2025-ci ildə isə Bakıda keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR