Bank Of Baku

"Nvidia" Çin şirkətləri ilə süni intellekt rəqabəti üçün 6 milyard dollarlıq razılaşma bağlayıb

"Nvidia" Çin şirkətləri ilə süni intellekt rəqabəti üçün 6 milyard dollarlıq razılaşma bağlayıb
# 23 avqust 2026 08:32 (UTC +04:00)

Nvidia Çin şirkətlərinin süni intellekt modelləri ilə rəqabət apara biləcək güclü süni intellekt modeli yaratmaq üçün Poolside startapı ilə 6 milyard dollarlıq razılaşma əldə edib.

Bu barədə The Wall Street Journal mənbələrə istinadən məlumat yayıb.

Razılaşmaya əsasən, Nvidia Poolside-ın texnologiyasından istifadə hüququ əldə edəcək və şirkətin mühəndislərinin böyük hissəsini işə götürəcək. Nvidia yeni modeli özünün Nemotron layihəsinə inteqrasiya etməyi planlaşdırır.

Yeni modelin Çinin DeepSeek və Kimi K3 kimi süni intellekt sistemləri ilə rəqabət aparması nəzərdə tutulur. Poolside rəhbərliyi isə razılaşmanın süni intellektin az sayda şirkətin nəzarətində olan qapalı texnologiyaya çevrilməsinin qarşısını almağa xidmət etdiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR