Dövlət başçısı: “Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq”

Dövlət başçısı: “Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq”
# 26 fevral 2024 17:17 (UTC +04:00)

“Xocalıya ədalət!” tələbimiz tam haqlı idi.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Xocalıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündəki nitqində deyib.

“Bu ədaləti döyüş meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın. Düzdür, buna 30 il vaxt lazım oldu. Ancaq bu 30 il ərzində görülmüş işlər, apardığımız məqsədyönlü siyasət bu günü burada yaşamaq üçün bizə imkan yaradırdı”, - dövlət başçısı əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR