Myanma İttifaqı Respublikasının Dövlət İdarə Şurasının sədri general Min Aung Hlaing Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
APA-nın məlumatına görə, təbrikdə deyilir:
"Zati-aliləri.
Milli bayramınız - Respublika Günü münasibətilə Myanma İttifaqı Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizə və Zati-alinizin simasında Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırır, ölkənizə davamlı tərəqqi və rifah diləyirəm.
Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".