Bank Of Baku

Prezident: Azərbaycanla ABŞ arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var

Prezident: Azərbaycanla ABŞ arasında  əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var
# 29 may 2025 13:26 (UTC +04:00)

ABŞ Prezidenti Donald Trampın Azərbaycanın Müstəqillik Günü münasibətilə göndərdiyi təbrik məktubu yüksək qiymətləndirilir.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev mayın 29-da ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deynsi qəbul edərkən bildirib.

Prezident qeyd edib ki, məktubda da qeyd olunduğu kimi, Azərbaycanla ABŞ arasında təhlükəsizlik, enerji və iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var.

Dövlət başçısı Donald Trampın birinci prezidentliyi dövründə Azərbaycanla əlaqələrin inkişafına göstərdiyi diqqətin də təqdir olunduğunu deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR