Yunanıstan Baş naziri Prezident İlham Əliyevi təbrik edib

Yunanıstan Baş naziri Prezident İlham Əliyevi təbrik edib
# 01 mart 2024 17:55 (UTC +04:00)

Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA xəbər verir ki, məktubda deyilir:

“Hörmətli Prezident.

Prezident seçkilərindəki qələbəniz münasibətilə Sizi təbrik edir və yeni səlahiyyət müddətinizdə Zati-alinizə uğurlar arzulayıram.

Fürsətdən istifadə edərək, Azərbaycanla əməkdaşlığımızı qarşılıqlı mənafeyimiz naminə davam etdirməyə hazır olduğumuzu bildirirəm. Əminəm ki, əsasını strateji enerji əməkdaşlığımızın təşkil etdiyi ikitərəfli dialoqumuz gələcəkdə digər sahələrdə də genişlənəcəkdir.

Mən sülhün möhkəmləndirilməsi, beynəlxalq hüquqa hörmət və mehriban qonşuluq münasibətləri istiqamətində Sizinlə birgə işləməkdə davam etməyi səbirsizliklə gözləyirəm.

Hörmətli Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR