“Nar”ın 4G şəbəkəsini seçən abunəçilərin sayı 15 mindən çoxdur

“Nar”ın 4G şəbəkəsini seçən abunəçilərin sayı 15 mindən çoxdur
# 29 dekabr 2015 10:03 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Nar” mobil operatorunun 4G (LTE) şəbəkəsindən istifadə edən abunəçilərin ümumi sayı 15 mini keçib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, qısa müddət ərzində 4G şəbəkəsini genişləndirən mobil operator, ilin sonunadək 600 ədəd 4G (LTE) baza stansiyasını yüksəksürətli internet istifadəçilərinin xidmətinə təqdim edəcək.

Bu cür sürətli inkişafın səbəblərindən biri “Nar” abunəçilərinin yeni texnologiyadan yararlanmaq üçün Sim-kartları dəyişmələrinə ehtiyacın olmamasıdır. Bunun üçün sadəcə smartfonda LTE texnologiyasını seçmək kifayətdir.

“Nar” abunəçiləri yüksəksürətli 4G şəbəkəsindən eyni sərfəli qiymətlərlə və əlavə hər hansı bir ödəniş olmadan yararlana bilərlər. Hazırda daha çox abunəçi öz tələblərinə uyğun olan “Nar” Turbo-paketini seçməklə LTE texnologiyasından yararlanır.

2016-cı ildə “Nar” LTE şəbəkəsini daha da artırmaq və “LTE Advanced” texnologiyasını (ITE-A) təqdim etməyi planlaşdırır.

Cəmi 2 il ərzində şəbəkəsinin həcmini 2 dəfədən çox artırmağa nail olan “Nar” hazırda öz abunəçilərinə 2 938 sayda 2G, 2 085 ədəd 3G və 591 4G (LTE) stansiyalarından istifadə imkanlarını təqdim edir.

“Nar” öz abunəçiləri üçün yüksəksürətli internet, geniş əhatə dairəsi, sərfəli qiymətlər və müxtəlif tələblər üçün təkliflərin hazırlanması strategiyasına sadiq qalacaq.

LTE texnologiyası haqqında əlavə məlumatı www.nar.az internet səhifəsindən öyrənmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR