SOCAR Supsa limanından xam neftin ixracını 35% artırıb

SOCAR Supsa limanından xam neftin ixracını 35% artırıb
# 02 noyabr 2015 13:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR bu ilin oktyabr ayında Supsa limanından 338 min 592 ton xam neft ixrac edib.

APA-Economics”ə istinadən verdiyi məlumata görə, bu, ötən ilin oktyabr ayı ilə müqayisədə 35,32% çoxdur.

Ümumilikdə, bu ilin yanvar-oktyabr ayları ərzində Supsa limanından 2 mln. 372 min 131 ton xam neft ixrac edilib. Bu, ötən ilin on ayı ilə müqayisədə 6,37% azdır.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR