Berlində Cümhuriyyət yürüşü keçiriləcək

Berlində Cümhuriyyət yürüşü keçiriləcək
# 22 oktyabr 2015 10:34 (UTC +04:00)

Bakı - APA. Türkiyə Respublikasının yaranmasının 92-ci ildönümü münasibətilə Almaniyanın paytaxtı Berlində yürüş keçiriləcək.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, yürüş oktyabrın 25-də saat 13.00-da Potsdamer meydanında başlayacaq. Aksiyada Türkiyə diaspor təşkilatları ilə yanaşı, Türk-Azərbaycan Birliyi də iştirak edəcək.

Qeyd edək ki, Türkiyə Respublikası 1923-cü il oktyabrın 29-da elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR