“Azərbaycan dili”ndən imtahan verəcək rus bölməsi abituriyentlərinə “İmtahana buraxılış vərəqəsi” verilməsinə başlanıb

“Azərbaycan dili”ndən imtahan verəcək rus bölməsi abituriyentlərinə “İmtahana buraxılış vərəqəsi” verilməsinə başlanıb
# 21 aprel 2015 09:56 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycan dili” fənnindən imtahan verəcək rus bölməsi abituriyentlərinə “İmtahana buraxılış vərəqəsi”nin verilməsinə başlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən ilk imtahan aprelin 26-da keçiriləcək.

Bu imtahanda iştirak edəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni aprelin 21-dən etibarən TQDK-nın internet saytından (https://www.e-gov.az/az/services/read/2516/1/?tqdk_xdm=53) çap edib götürə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR