Cocuq Mərcanlıda tank əleyhinə mina aşkar edilib

Cocuq Mərcanlıda tank əleyhinə mina aşkar edilib
# 28 mart 2017 14:37 (UTC +04:00)

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bu gün 1 024 ədəd qəlpə, 1 ədəd tank əleyhinə mina (TM-57) aşkar edilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən APA-ya verilən məlumata görə, gün ərzində 16 397 kv.m ərazi (175 kv.m əllə, 3000 kv.m mexaniki üsulla və 13 222 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR