İsmayıllı sakini özünü asıb

İsmayıllı sakini özünü asıb
# 01 iyun 2015 07:53 (UTC +04:00)

İsmayıllı. Elvin Yaqubov - APA. İsmayıllı rayonunda intihar hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə İsmayıllı şəhərində qeydə alınıb. Şəhər sakini, 1965-ci il təvəllüdlü Mirzəliyev Telman Rəşid oğlu yaşadığı evin həyətindəki qoz ağacından özünü asaraq intihar edib. İki övlad atası olan Telman Mirzəliyevin özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. O, İsmayıllı Yol İstismar İdarəsində fəhlə işləyib.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR